​Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Yardımlıda vətəndaş qəbulunun tarixi dəyişdirilib

​Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Yardımlıda vətəndaş qəbulunun tarixi dəyişdirilib Vətəndaş qəbulu mayın 26-da keçiriləcək
İnfrastruktur
24 May , 2016 17:48
​Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Yardımlıda vətəndaş qəbulunun tarixi dəyişdirilib

Bakı. 24 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sədrinin Yardımlı rayonunda keçiriləcək növbəti vətəndaş qəbulunun vaxtı dəyişdirilib. “Report” Komitəyə istinadən xəbər verir ki, vətəndaş qəbulu mayın 26-da baş tutacaq. 

Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək qəbula yalnız Yardımlı, Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşlar yazıla bilər. Vətəndaş qəbulunda müstəsna olaraq Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza bilərlər.

Son xəbərlər

Orphus sistemi