Yuxarı
    Bağlamaq

    ​Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin Samuxda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

    Qəbul martın 14-də keçiriləcək

    Bakı. 9 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun Samux rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib. “Report” Komitənin mətbuat xidmətinə istinadən bildirir ki, qəbul martın 14-də keçiriləcək.

    Qəbulda Samux, Gəncə, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

    Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya (012) 490 24 08 (Komitənin Aparatı: daxili 105 və 349) nömrələri ilə əlaqə saxlaya bilərlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi