Yuxarı

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin Qusarda vətəndaşlarla görüşünün vaxtı dəyişib

İlk olaraq yanvarın 31-nə təyin olunan görüşün vaxtı fevralın 2-nə keçirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun yanvarın 31-də Qusar rayonunda keçirəcəyi vətəndaş qəbulu fevralın 2-nə keçirilib. 

Əmlak Məsələləri Dövlət Komitəsindən "Report"a bildirilib ki, qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və Komitənin aparatı ilə əlaqə saxlaya bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi