​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşəcək

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşəcək Qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarının sakinləri iştirak edə bilər
İnfrastruktur
27 Yanvar , 2015 15:33
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşəcək

Bakı.27 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvarın 31-də Qusar rayonunda vətəndaşları qəbulu edəcək.

"Report" Dövlət Komitəsinə istinadən xəbər verir ki, qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və Komitənin aparatına zəng edə bilərlər.

Son xəbərlər

Orphus sistemi