​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşlarla görüşüb

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşlarla görüşüb Qəbulda Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb
İnfrastruktur
27 Fevral , 2016 16:27
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşlarla görüşüb

Bakı. 27 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov bu gün Qobustanda növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

ƏMDK-dən "Report"a verilən məlumata görə, qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edərək Komitə sədrinə müraciətlərini bildiriblər. Vətəndaşların müraciətləri əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Bir çox vətəndaş onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər və digər daşınmaz əmlaklara dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət ediblər. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün Komitə sədri tərəfindən göstərişlər verilib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.

Son xəbərlər

Orphus sistemi