Yuxarı

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşlarla görüşəcək

Görüş fevralın 19-da baş tutacaq

Bakı. 15 fevral.REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 19-da Qobustan rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbulda Qobustan, Şamaxı, Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Bu barədə "Report"a Komitədən məlumat verilib.

Qəbulda qeyd olunan rayonların sakinləri iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

- Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349);

- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi: 020-24 (5-29-93), 020-26 (5-01-08).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi