Yuxarı

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Naftalanda vətəndaş qəbulu keçirəcək

Qəbulda Naftalan, Goranboy, Bərdə, Ağdam, Tərtər, Xocavənd və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər

Bakı. 22 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov avqustun 26-da Naftalan şəhərində vətəndaş qəbulu keçirəcək.

Komitənin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, qəbulda Naftalan, Goranboy, Bərdə, Ağdam, Tərtər, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin elektron ünvanına (office@emdk.gov.az) yaza və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi ((2235) 2 31 44, (2020) 5 56 05) ilə əlaqə saxlaya bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi