​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşlarla görüşəcək

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşlarla görüşəcək Vətəndaş qəbulu saat 11:00-da Lerik Mədəniyyət Evində keçiriləcək
İnfrastruktur
25 May , 2015 12:11
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşlarla görüşəcək

Bakı. 25 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 29-da Lerik şəhərində növbəti vətəndaş qəbulu keçirəcək. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbulda Lerik, Lənkəran, Astara rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Lerik Mədəniyyət Evində keçiriləcək. 

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və ya Komitənin Aparatının (012) 490 24 08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin (02525)47186, (02527) 55647, (02522) 5 16 73 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi