Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edib Müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub
İnfrastruktur
29 May , 2015 16:18
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edib

Bakı. 29 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Lerikdə keçirdiyi növbəti vətəndaş qəbulunda Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

“Report” Komitəyə istinadən xəbər verir ki, vətəndaşların müraciətləri əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Bir çox vətəndaş onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət ediblər. Bununla yanaşı, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Belə torpaq sahələrinə əvvəllər alınmış texniki sənədlərin yeni hüquqi qaydalara əsasən icrası, habelə hazırda mülkiyyətdə olan torpaq sahəsinə yeni prosedurlara əsasən mülkiyyət sənədinin əldə olunması məsələləri barədə müraciətlərini çatdırıblar. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini bildiriblər.

Azərbaycan Prezidentinin Komitənin yeni əsasnaməsini təsdiq edən fərmanına toxunan K.Həsənov bildirib ki, artıq mülkiyyət hüquqlarının tənzimlənməsi və daşınmaz əmlakın qeydiyyatında vahid idarəçilik prinsipi tətbiq edilir.

Bildirilib ki, yeni Fərmanla dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, geodeziya, topoqrafiya, kartoqrafiya, torpaqlardan istifadəyə dövlət nəzarəti kimi yeni funksiyalar da artıq icra olunur. Bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması həyata keçiriləcək. Torpaqların səmərəli istifadəsinə və mühafizəsinə dövlət nəzarəti gücləndiriləcək. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının qarşısının alınması ilə bağlı tədbirlər görüləcək. Torpaqların dəqiq koordinatlarının təyin edilməsi sahəsində daha optimal və şəffaf tədbirlər həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi