Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşlarla görüşəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşlarla görüşəcək Qəbulda Hacıqabul, Şirvan, Neftçala, Salyan, Sabirabad və Saatlı sakinləri iştirak edə bilərlər
İnfrastruktur
26 Yanvar , 2016 12:12
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşlarla görüşəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov yanvarın 29-da Hacıqabul rayonunda vətəndaş qəbulu keçirəcək.

“Report” ƏMDK-yə istinadən xəbər verir ki, qəbulda Hacıqabul, Şirvan, Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qeyd edək ki, qəbulda yuxarıda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər. Burada yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Son xəbərlər

Orphus sistemi