Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşlarla görüşəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşlarla görüşəcək Qəbulda Goranboy, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq
İnfrastruktur
19 Yanvar , 2017 21:20
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşlarla görüşəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun Goranboy rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.

Komitənin mətbuat xidmətindən "Report"a bildirilib ki, vətəndaş qəbulu yanvarın 28-i tarixinə keçirilib. Qəbulda Goranboy, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər. Komitə sədrinin vətəndaşlarla görüşündə yalnız ƏMKD-nın fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və Komitənin Aparatı (012) 490 24 08 (daxili 105 və 200) ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi