​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək Qəbulda Beyləqan, Ağcabədi, Füzuli və İmişli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq
İnfrastruktur
10 Sentyabr , 2015 10:54
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabrın 18-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, saat 11:00-da Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Beyləqan, Ağcabədi, Füzuli və İmişli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron poçt ünvanına yaza, yaxud Komitə Aparatının (012) 490 24 08 (daxili 105, 102 və 349) və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin (02122) 5-33-67, (02122) 5-33-41 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi