Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək Qəbul saat 11:00-da Balakən rayon Mədəniyyət Evində keçiriləcək
İnfrastruktur
17 May , 2017 11:36
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək

Bakı. 17 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 26-da Balakən rayonunda vətəndaş qəbulu keçirəcək.

Komitədən “Report”a verilən məlumata görə, qəbul saat 11:00-da Balakən rayon Mədəniyyət Evində keçiriləcək. Qəbulda Balakən ilə yanaşı Zaqatala rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı Komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlər və koordinatların müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq [email protected] elektron ünvanına yaza və ya telefonla (012) 490 24 08 (daxili 105 və 349), (2422) 5-22-52, (2429) 5-10-56, (02422) 4 00 63, (02429) 5 21 73) əlaqə saxlaya bilərlər. Eyni zamanda, vətəndaşlar Şəki şəhəri, 20 Yanvar küçəsi,8 və Balakən şəhəri, R.Səmədov küçəsi,3 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi