Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edəcək Qəbulda Ağdaş və Yevlax rayonlarından, eləcə də Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaq
İnfrastruktur
17 Noyabr , 2016 10:42
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov noyabrın 25-də Ağdaş rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Komitədən bildirilib. 

Məlumata görə, vətəndaş qəbulu saat 11:00-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda yalnız Ağdaş və Yevlax rayonlarından, eləcə də Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaq. 

Qəbula yazılmaq istəyən vətəndaşlar ƏMDK-nın [email protected] elektron poçt ünvanına yaza və ya (012) 490 24 08 (daxili 105 və 349) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi