Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin vətəndaş qəbulunun vaxtı dəyişib

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin vətəndaş qəbulunun vaxtı dəyişib Qəbulda yalnız İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər
İnfrastruktur
20 Aprel , 2016 13:59
Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin vətəndaş qəbulunun vaxtı dəyişib

Bakı. 20 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İsmayıllı rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib. Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, K.Həsənovun İsmayıllı rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 30 aprelə keçirilib. Qəbulda iştirak etmək üçün yalnız İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlar müraciət edə bilər.

Vətəndaş qəbulunda müstəsna olaraq Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və Komitənin Aparatı, həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi