​Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

​Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb Memorandumu Komitənin sədr müavini Rafiq Cəlilov və Akademiyanın rektoru Urxan Ələkbərov imzalayıblar
İnfrastruktur
9 İyun , 2016 14:49
​Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Bakıda Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) arasında əməkdaşlığa dair memorandum imzalanıb. ƏMDK-nin mətbuat xidmətindən “Report”a bildirilib ki, Komitənin sədr müavini Rafiq Cəlilov və Akademiyanın rektoru Urxan Ələkbərovun imzaladığı memorandumda tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, "dəyirmi masa" və seminarların, müzakirələrin keçirilməsi, müxtəlif elmi tədqiqatların, analitik materialların hazırlanması nəzərdə tutulub.

Tədbirdə çıxış edən U.Ələkbərov Komitənin vətəndaşlara xidmət sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib: “Bu fəaliyyət müasir innovativ konsepsiya olmaqla yanaşı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərindəndir. Komitə ilə qarşılıqlı əməkdaşlığın genişlənməsi səmərəli olacaq. Akademiyada təhsil alan, dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin və dövlət qulluqçularının praktik biliklərinin genişlənməsinə daha bir imkan əldə edəcəyimizə inanırıq”.

R.Cəlilov isə bildirib ki, ölkə vətəndaşları və biznes qurumlarına yüksək səviyyədə xidmət göstərməyi əsas götürən Komitə qabaqcıl dünya təcrübəsindən və müasir yanaşmalardan geniş şəkildə yararlanır: “Komitə əsas fəaliyyət istiqamətlərində - torpaqların idarəçiliyində, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsində, eləcə də daşınmaz əmlakın qeydiyyatı prosesində mütərəqqi metodlar və innovasiyaların tətbiqini daim davam etdirir. Bu işlərin həyata keçirilməsində Komitə hazırlıqlı, peşəkar və innovativ təfəkkürə malik gənc kadrların potensialından yararlanır. Bu mənada imzalanan memorandum Komitə ilə Akademiya arasında kadr sahəsində əməkdaşlığın genişlənməsinə, istedadlı və hazırlıqlı tələbələrin real iqtisadi proseslərdə iştirakına, onların potensialından tam gücü ilə faydalanmağa imkan verəcək”.

Son xəbərlər

Orphus sistemi