​Əmlak Məsələləri Dövlət Komitəsi Balakəndə “Kütləvi çıxarış” kampaniyası keçirib

​Əmlak Məsələləri Dövlət Komitəsi Balakəndə “Kütləvi çıxarış” kampaniyası keçirib Kampaniya çərçivəsində ümumilikdə 550-ə yaxın vətəndaşa daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib
İnfrastruktur
7 Avqust , 2015 12:31
​Əmlak Məsələləri Dövlət Komitəsi Balakəndə “Kütləvi çıxarış” kampaniyası keçirib

Bakı. 7 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan “kütləvi çıxarış” kampaniyası bu gün Balakən rayonunda xidmət göstərib.

Komitədən “Report”a verilən məlumata görə, kampaniya rayon sakinlərinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qəbulu, hazır çıxarışların verilməsi və yerlərdə hüquqi yardım xidmətləri göstərib.

Kampaniya əvvəllər yalnız xüsusi sosial təbəqədən olan və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən verilmiş mülkiyyətə dair sənədlərin çıxarışlarla əvəz olunmasını nəzərdə tuturdusa, indi ümumiyyətlə vətəndaşların daşınmaz əmlakının dövlət qeydiyyatına alınmasını əhatə edir. Kampaniya ucqar kənd sakinlərinin, rayon, şəhər mərkəzlərinə gələ bilməyən vətəndaşların komitənin mobil ofislərində mülkiyyətə dair sənədlərini təqdim etməsini və çıxarış almasını təmin edir. Kampaniya çərçivəsində bir sıra fiziki məhdudiyyətli vətəndaşlara öz evlərində qeydiyyat xidmətləri göstərilib.

Kampaniya çərçivəsində ümumilikdə 550-ə yaxın vətəndaşa daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Belə ki, 300-ə yaxın rayon sakininə dövlət reyestrindən çıxarış verilib, 150-yə yaxın vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib, 100-ə yaxın vətəndaşa hüquqi yardım xidmətləri göstərilib. 

Son xəbərlər

Orphus sistemi