Yuxarı
    Bağlamaq

    ƏMDK sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

    Kərəm Həsənovun qəbul rayondakı Heydər Əliyev Mərkəzində olacaq

    Bakı. 10 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov iyulun 14-də Şəmkir rayonunda vətəndaş qəbulu keçirəcək.

    Komitədən “Report”a verilən məlumata görə, qəbul saat 12:00-da Heydər Əliyev Mərkəzində olacaq.

    Qəbulda Şəmkirlə yanaşı Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

    K.Həsənov rəhbərlik etdiyi komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyektinin və yaxud torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri ilə bağlı vətəndaşları qəbul edəcək.

    Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

    Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349);

    Komitənin 12 saylı ərazi şöbəsi: (022 29) 5-17-96, (022 30) 2-33-71;

    Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı ərazi idarəsi: (022 30) 5-35-90, (022 32) 6-01-54

    Eyni zamanda vətəndaşlar Qazax şəhəri, Heydər Əliyev küçəsi, 75 və Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 13 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi