Bakı. 9 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (əmdk) sədri Kərəm Həsənov 14 iyul 2018-ci il tarixində Zaqatala şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.
"Report" Komitəyə istinadən xəbər verir ki, qəbulda Zaqatala rayonu ilə yanaşı, Balakən və Qax rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə qeyd edilən bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsi:
(02422) 5-22-52
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi:
(02429) 5-21-73