ƏMDK-nın sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

ƏMDK-nın sədri Ağcabədidə vətəndaşları qəbul edəcək Bakı. 11 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov dekabrın 15-də Ağcabədi şəhərində vətəndaş qəbulu keçirəcək.
İnfrastruktur
11 Dekabr , 2017 09:16
ƏMDK-nın sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

Bakı. 11 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov dekabrın 15-də Ağcabədi şəhərində vətəndaş qəbulu keçirəcək.

“Report” komitəyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Bayraq Muzeyində olacaq.

Qəbulda Ağcabədi şəhəri ilə yanaşı Zərdab, Ucar rayonlarının sakinlərinin də müraciətlərinə baxılacaq. Vətəndaşlar qəbul zamanı komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan və digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar ƏMDK-nın [email protected] elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105);

Komitənin 14 saylı ərazi şöbəsi: (021) 246-35-31, 275-14-50;

ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi: (021) 275-29-38;

Vətəndaşlar qəbula yazılmaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərlər:

Komitənin 14 saylı ərazi şöbəsi: Salyan şəhəri, T.Davudzadə küçəsi, 101;

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi: Ağcabədi şəhəri, Faiq Əlizadə küçəsi, 7;

Son xəbərlər

Orphus sistemi