Əlikənd-Ucar dəmir yolunun təmirinə başlanılıb

Əlikənd-Ucar dəmir yolunun təmirinə başlanılıb Əlikənd-Ucar mənzilində 7,5 km yolun əsaslı təmirinə start verilib
İnfrastruktur
25 Aprel , 2016 08:29
Əlikənd-Ucar dəmir yolunun təmirinə başlanılıb

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

"Report" xəbər verir ki, bu gün Əlikənd-Ucar mənzilində 7,5 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri beş gün davam edəcək.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 88 km dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi