Ələtdə yaradılan azad ticarət zonası bu il işə düşəcək

Ələtdə yaradılan azad ticarət zonası bu il işə düşəcək Azərbaycanın qeyri-neft sektoru əlavə dəyər qazanacaq
İnfrastruktur
22 May , 2017 11:26
Ələtdə yaradılan azad ticarət zonası bu il işə düşəcək
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov / Report

Bakı. 22 may. REPORT.AZ/ Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yaradılan azad ticarət zonasının bu il fəaliyyətə başlaması nəzərdə tutulub. 

"Report"un məlumatına görə, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyad bildirib. 

Zonanın rəqabətqabiliyyətliliyi barədə danışan T. Ziyadov qeyd edib ki, Azərbaycanın İpək Yolu ilə bağlı ortaya qoyduğu konsepsiya rəqabəti daha dözümlü etməklə yanaşı, ətrafda əlavə dəyər yaratmağı mümkün edəcək. 

"Məsələn, Avropaya gedən yük konteyneri bilavasitə Rusiyaya gedirsə, bizim konsepsiyada onun Ələt zonasında açılıb, məhsullara əlavə dəyər qatıldıqdan sonra ixracı nəzərdə tutulub. Bir sözlə, Azərbaycanın İpək Yolu konsepsiyası daha innovativdir, yerli qeyri-neft sektoruna əlavə dəyər qatmaq məqsədi daşıyır",- deyə T. Ziyadov əlavə edib.

Son xəbərlər

Orphus sistemi