Ələt xüsusi iqtisadi zonasının yaradılması ilə bağlı 3 təklif verilib

Ələt xüsusi iqtisadi zonasının yaradılması ilə bağlı 3 təklif verilib Nazir: "Təkliflər dövlət qurumları ilə müzakirə edildikdən sonra dövlət başçısına təqdim olunacaq"
İnfrastruktur
23 May , 2017 11:53
Ələt xüsusi iqtisadi zonasının yaradılması ilə bağlı 3 təklif verilib
Report

Bakı. 23 may. REPORT.AZ/ Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət 3 əsas təkliflə çıxış edib. "Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

"Birləşmiş Ərəb Əmirliklərinin "DP World" şirkəti ərazinin baş planı, azad zona haqqında qanun layihəsinin hazırlanması və qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi, son olaraq texniki-iqtisadi əsaslandırma təklifləri ilə çıxış edəcək", - deyə nazir əlavə edib.

Ş.Mustafayevin sözlərinə görə, təkliflər zəruri dövlət qurumlarının nümayəndələri ilə müzakirə edildikdən sonra dövlət başçısına təqdim olunacaq.

Nazir əlavə edib ki, bu ilin 1-ci rübündə ölkə ərazisindən 3 mln. ton yük daşınıb. Limanın birinci fazası üzrə işlər tamamlandıqdan sonra yükaşırma qabiliyyəti 15 mln. tona çatdırılacaq.

"2017-ci ilin birinci rübündə avtomobillə daşımaların həcmi 50% artıb. Bundan başqa, ötən ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq dövründə neft daşımalarının həcmi 34%, qeyri-neft daşımalarının həcmində isə 50% artım qeydə alınıb", - deyə Ş.Mustafayev bildirib.

Son xəbərlər

Orphus sistemi