Yuxarı
    Bağlamaq

    Ələt paytaxtın peyk şəhəri kimi inkişaf etdiriləcək

    Bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov bildirib© Report.az

    Bakı. 25 aprel. REPORT.AZ/ Gələcəkdə Ələtin paytaxt Bakının bir peyk şəhəri kimi inkişaf etdirilməsi nəzərdə tutulub. “Report”un xəbərinə görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakıda keçirilən II Beynəlxalq SOCAR Forumunda çıxışı zamanı bildirib. 

    “Azərbaycan burada regional mərkəz yaratmaq niyyətindədir. Bu, Azərbaycanın fərqli layihəsidir. Ələtdə Bakı limanının 400 ha ərazisi və əlavə olaraq 450 ha azad ticarət zonası üçün sahə ayrılıb. Buradan 10 km aralı məsafədə isə keçmiş hərbi hava limanı var və onu kommersiya tipli yük aeroportuna çevirdikdə çox maraqlı layihə ərsəyə gələcək”, - deyə T.Ziyadov qeyd edib.

    Onun sözlərinə görə, Bakı limanı layihəsi birbaşa olaraq Azərbaycan Prezidenti İlham Əliyevin patronajlığı altında reallaşdırılır: “Hazırda Bakı limanının hüquqi rejimi hazırlanır. Bu, böyük investorların buraya cəlb olunmasında əhəmiyyətli rol oynayacaq. Ümumiyyətlə, iqtisadiyyatda və neft ölkələrinin inkişafında ən böyük çətinlik islahatlar prosesidir. Ən gözəl islahat prosesi yaradılacaq bir adada da olur. Hesab edirəm ki, regionda 3-4 ulduzlu hablar olacaq, onlar rəqabət aparacaq. Bu, bütün regiona sülh, əmin-amanlıq gətirəcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi