​“Elektron Kənd Təsərrüfatı” informasiya sisteminin yaradılmasına dair müzakirələr keçirilib

​“Elektron Kənd Təsərrüfatı” informasiya sisteminin yaradılmasına dair müzakirələr keçirilib Fəaliyyət planına dəyişikliklərin edilməsi üçün tərəflərin öhdəliklərinə dair fikir mübadiləsi aparılıb
İnfrastruktur
11 Fevral , 2015 23:34
​“Elektron Kənd Təsərrüfatı” informasiya sisteminin yaradılmasına dair müzakirələr keçirilib

Fevralın 10-11-də “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin yaradılmasına dair icra planının müzakirəsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin və icraçı şirkətlərin nümayəndələrinin iştirakı ilə birgə müzakirələr keçirilib.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir ki, müzakirələrdə nazir müavini Seyfəddin Talıbov “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin yaradılması üçün tərəflərin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi, yaranan problemlərin çevik həlli mexanizminin yaradılması zəruriliyini qeyd edərək bu layhənin reallaşdırılmasının kənd təsərrüfatı sahəsi üçün əhəmiyyəti barədə ətraflı məlumat verib.

Daha sonra bu sistemin yaradılması üçün keçirilən tenderin qalibi olan İtaliyanın Abako şirkətinin nümayəndələri yaradılacaq sistemin modulları və fəaliyyət prinsipləri ilə bağlı təqdimat keçiriblər. İki gün davam edən müzakirələrdə “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin yaradılması üzrə işçi qrupların vəzifələrinin dəqiqləşdirilməsi, fəaliyyət planına dəyişikliklərin edilməsi, bu sistemin reallaşdırılması üçün tərəflərin öhdəliklərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 2.2-ci bəndinə müvafiq olaraq beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün "elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi