Ekspert: "Dünyanın 6 əsas nəqliyyat dəhlizindən üçü Azərbaycandan keçəcək"

Ekspert: "Dünyanın 6 əsas nəqliyyat dəhlizindən üçü Azərbaycandan keçəcək" "Murphy Shipping and Commercial Services Ltd." şirkəti Azərbaycanın vacib tranzit ölkə olduğunu qeyd edir
İnfrastruktur
14 Mart , 2016 10:53
Ekspert: Dünyanın 6 əsas nəqliyyat dəhlizindən üçü Azərbaycandan keçəcək

Bakı. 14 mart. REPORT.AZ/ Hazırda Azərbaycandan keçməklə mənzil başına çatdırılan yüklərin çatma müddəti 60 günə bərabərdir. Lakin aparılan danışıqlar və əldə olunacaq razılaşmalardan sonra, bu müddət 20 günə endiriləcək. "Report" xəbər verir ki, bunu "Murphy Shipping and Commercial Services Ltd." şirkətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Şaiq Mirzəyev deyib.

Ş.Mirzəyevin sözlərinə görə, hazırda dünyada ən sərfəli 6 nəqliyyat dəhlizi var: "Son hadisələr Ukraynanın etibarlı tranzit ölkəsi kimi əhəmiyyətini itirməsinə səbəb olub. Suriyada baş verən hadisələr isə İranın tranzit əhəmiyyətinin İsrailə keçməsinə gətirib çıxarıb. Hesab edirəm ki, hazırda 6 əsas nəqliyyat dəhlizi var və onlardan ən azı 3-ü Azərbaycandan keçəcək".

Son xəbərlər

Orphus sistemi