Ekspert: "2016-cı il daşınmaz əmlak bazarı üçün ən ağır il olacaq"

Ekspert: "2016-cı il daşınmaz əmlak bazarı üçün ən ağır il olacaq" Gələn il daşınmaz əmlak bazarında kəskin ucuzlaşma gözlənilir
İnfrastruktur
23 Dekabr , 2015 17:39
Ekspert: 2016-cı il daşınmaz əmlak bazarı üçün ən ağır il olacaq

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanda milli valyutanın dekabrın 21-də həyata keçirilən ikinci devalvasiyasından sonra Bakı şəhərinin əmlak bazarında qeyri-müəyyənlik hökm sürür. Bunu "Report"a açıqlamasında daşınmaz əmlak bazarında mövcud şəraiti dəyərləndirərkən ekspert Nüsrət İbrahimov bildirib: "Nə alıcı, nə də satıcı qərar qəbul edə bilmir və hadisələrin gedişini izləyir. Bu, bazarda vəziyyət sabitləşənə qədər davam edəcək".

Lakin ekspert qeyd edib ki, bu cür vəziyyət müvəqqəti xarakter daşıyır. Son günlər evlərin qiymətinin süni şəkildə qaldırılması ilə bağlı N.İbrahimli bildirib ki, ilk devalvasiya zamanında (2015-ci ilin fevral ayı) da analoji cəhdlər olub: "Bu, nəticə verməyib və daşınmaz əmlakın qiyməti əvvəlki səviyyəyə enib. Bu müvəqqətidir".

Daşınmaz əmlak bazarının digər bir seqmenti - kirayə bazarında isə qiymətlərin daha da ucuzlaşması gözlənilir. N.İbrahimov hesab edir ki, devalvasiyanın bu seqmentə təsiri yoxdur, çünki kirayə manatla reallaşdırılır. Ekspertin fikrincə, Azərbaycanın milli valyutası dəyərini itirdikcə mənzillərin satışı dollarla həyata keçiriləcək.

Daşınmaz əmlak bazarı üzrə mütəxəssis növbəti ilin bu sahə üçün ağır olacağını düşünür: "2016-cı il daşınmaz əmlak bazarı üçün ən ağır il olacaq. Növbəti il həm aktivlik, həm qiymət baxımından çətin keçəcək. Qiymətlərdə faizlə ikirəqəmli azalma qaçılmaz olacaq".

Bakı şəhərində satışa çıxarılan mənzillərin qiymət statistikası (AZN)

2015-ci il İyul     Avqust Sentyabr Oktyabr Noyabr
Aylıq dinamika, % -1,68 -1,28 -2,91 -3,03 -2,96
Bakı şəhəri,
ümumi
Ümumi 1 477,83     1 458,91    1 416,41    1 373,51    1 332,85   
Yeni tikili 1 429,31 1 413,02 1 379,32 1 344,28 1 312,15
Kohne tikili   1 582,73 1 561,24 1 519,67 1 466,93 1 415,44
Binəqədi r-nu Ümumi 1 419,51 1 405,26 1 363,68 1 334,48 1 318,88
YT 1 367,60 1 378,45 1 317,65 1 301,31 1 297,94
KT 1 483,87 1 442,71 1 423,91 1 381,20 1 348,96
Nizami r-nu Ümumi 1 342,06 1 308,93 1 274,82 1 237,46 1 197,86
YT 1 228,18 1 204,08 1 183,64 1 170,67 1 135,35
KT 1 425,36 1 397,35 1 348,01 1 291,18 1 254,37
Nərimanov r-nu        Ümumi 1 718,60 1 687,04 1 630,41 1 590,28 1 574,55
YT 1 724,38 1 696,24 1 632,26 1 586,66 1 575,08
KT 1 711,83 1 674,56 1 625,07 1 594,22 1 573,98
Nəsimi r-nu Ümumi 1 741,52 1 716,02 1 676,55 1 594,05 1 580,77
YT 1 748,61 1 735,00 1 683,28 1 607,01 1 597,70
KT 1 731,88 1 688,42 1 666,00 1 579,30 1 563,47
Qaradağ r-nu Ümumi 1 001,15 991,35 963,71 951,63 950,12
YT 944,13 988,79 874,63 - -
KT 1 021,52 992,21 951,08 - -
Sabunçr-nu Ümumi 1 091,57 1 071,61 1 045,82 1 013,32 984,35
YT 934,23 922,06 943,26 936,23 924,44
KT 1 293,56 1 224,15 1 137,89 1 095,30 1 042,14
Suraxanı r-nu Ümumi 1 133,26 1 094,64 1 055,82 1 006,68 970,06
YT 855,15 828,17 778,43 762,42 757,45
KT 1 195,06 1 132,88 1 107,66 1 045,76 995,45
Səbail r-nu Ümumi 2 214,53 2 180,28 2 086,27 2 044,83 2 025,39
YT 1 837,82 1 818,63 1 805,30 1 772,15 1 760,81
KT 2 383,63 2 242,25 2 162,10 2 133,87 2 115,07
Xətai r-nu Ümumi 1 276,81 1 281,80 1 241,72 1 194,32 1 167,84
YT 1 269,34 1 287,23 1 240,69 1 206,40 1 188,65
KT 1 295,52 1 270,98 1 242,09 1 173,31 1 127,66
Xəzər-nu Ümumi 977,98 965,11 926,92 904,41 900,52
YT - - - - -
KT - - - - -
Yasamar-nu Ümumi 1 501,46 1 494,15 1 444,38 1 408,28 1 385,13
YT 1 427,22 1 405,49 1 351,73 1 323,14 1 309,51
KT 1 653,57 1 655,37 1 632,69 1 576,17 1 545,13

Qeyd: Cədvəl www.yeniemlak.az daşınmaz əmlak elanları saytından götürülüb

Son xəbərlər

Orphus sistemi