​Ekologiya İdarəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

​Ekologiya İdarəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilib Məşq Ekologiya İdarəsinin ərazisində rəhbər heyət, Mülki Müdafiə Qərargahı üzvləri cəlb edilməklə baş tutub
İnfrastruktur
22 İyun , 2016 20:11
​Ekologiya İdarəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Bakı. 22 iyun. REPORT.AZ/ SOCAR-ın Ekologiya İdarəsində Azərbaycan Respublikasının “Mülki Müdafiə haqqında” Qanunu, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları” və idarənin 2016-cı il üçün Mülki Müdafiə tədbirlər planına əsasən iyunun 22-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

"Report"un məlumatına görə, məşq Ekologiya İdarəsinin ərazisində rəhbər heyət, Fövqəladə Hallar Komissiyası, Mülki Müdafiə Qərargahı üzvləri cəlb edilməklə baş tutub. Fövqəladə hadisələr zamanı mülki müdafiə idarəetmə orqanlarının işçilərin mühafizəsi və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması işlərinin təşkili üzrə fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən tədbirdə komandir-rəis heyətinin funksional vəzifələri dəqiqləşdirilib, manqaların fəaliyyət prinsipləri məşq iştirakçılarına izah olunaraq, manqa komandirlərinin məlumatları dinlənilib. Sonda yekun toplantı keçirilib, nəticələr müzakirə edilərək ümumilikdə qənaətbəxş hesab edilib.

Son xəbərlər

Orphus sistemi