Əhməd Əhmədzadə: "Devalvasiya bizə az təsir edəcək"

Əhməd Əhmədzadə: "Devalvasiya bizə az təsir edəcək" Yanacağın qiyməti sabit qaldığı üçün devalvasiyanın meliorasiya və su təsərrüfatına təsiri hiss edilməyəcək
İnfrastruktur
24 Dekabr , 2015 12:41
Əhməd Əhmədzadə: Devalvasiya bizə az təsir edəcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyasının ölkə iqtisadiyyatının bütün sahələrinə təsiri var, həmçinin meliorasiya və su təsərrüfatına da təsir edəcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

Onun sözlərinə görə, yanacağın qiyməti sabit qaldığı üçün devalvasiyanın bu sahəyə təsiri o qədər də hiss edilməyəcək: "Bildiyiniz kimi, bizim işlər üçün əsas yanacaqdır. Onun da qiyməti qalxmayıb. Ona görə də düşünürəm ki, bu devalvasiya bizə az təsir edəcək".

Son xəbərlər

Orphus sistemi