Əhali su təchizatı sisteminə qoşulmaq üçün "e-Hökumət" portalı üzərindən müraciət edə bilər

Əhali su təchizatı sisteminə qoşulmaq üçün "e-Hökumət" portalı üzərindən müraciət edə bilər “Elektron hökumət” portalı üzərindən “Azərsu” ASC-nin göstərdiyi elektron xidmətlərin sayı 3-ə çatdırılıb
İnfrastruktur
30 İyun , 2015 11:49
Əhali su təchizatı sisteminə qoşulmaq üçün e-Hökumət portalı üzərindən müraciət edə bilər

Bakı. 30 iyun. REPORT.AZ/ "Azərsu" ASC I qrupa (əhali qrupuna) aid istehlakçılar su təchizatı və tullantı suların axıdılması sisteminə qoşulmaq üçün texniki şərtləri almaq məqsədilə müraciəti "Elektron hökumət" portalı üzərindən elektron şəkildə göndərmək imkanı yaradıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının "Report"a verdiyi açıqlamaya görə, bu xidmət artıq aktivləşdirilib.

"Azərsu" rəsmisinin sözlərinə görə, I qrup istehlakçılar dedikdə istehsal, xidmət və ticarət məqsədləri üçün istifadə olunmayan fərdi qarajlar, təsərrüfat tikililəri, fərdi yaşayış evləri, bağ və həyətyanı sahələr nəzərdə tutulur.

"I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması müraciəti" e-xidmətindən faydalanmaq üçün mövcud autentifikasiya vasitələrindən istifadə edərək portala giriş edib "Azərsu" ASC-nin xidmətləri arasından sözügedən xidməti seçmək kifayətdir.

"Elektron hökumət" portalı üzərindən müvafiq müraciəti formalaşdırarkən sistem vətəndaşa aid məlumatları avtomatik əks etdirir, vətəndaş isə sadəcə müraciət üzrə bəzi məlumatları daxil etmək həvalə olunur.

Beləliklə, "I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması müraciəti" e-xidmətdən istifadə edərkən vətəndaşlar vaxta qənaət edərək, bir neçə dəqiqə ərzində müraciəti aidiyyəti quruma göndərə bilərlər.

Qeyd edək ki, “Elektron hökumət” portalı vasitəsilə su borcunun internet vasitəsilə öyrənilməsi və ödənilməsi də mümkündür. “Elektron hökumət” portalı üzərindən “Azərsu” ASC-nin göstərdiyi elektron xidmətlərin sayı 3-ə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi