Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat dəhlizi yaradır

Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat dəhlizi yaradır Layihənin büdcəsi 2 mlrd. dollar həcmində dəyərləndirilir
İnfrastruktur
15 Noyabr , 2017 16:30
Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat dəhlizi yaradır

Bakı. 15 noyabr. REPORT.AZ/ Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə bu ölkələri birləşdiriən “Lyapis-lazur” nəqliyyat dəhlizinin yaradılması üçün saziş imzalayıb.

“Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, imzalanma Əfqanıstana dair VII iqtisadi əməkdaşlıq konfransı çərçivəsində baş tutub.

Dəmir və avtomobil yollarının Əfqanıstandakı Torqundi şəhəri ilə Aşqabadı, daha sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcəyi təxmin olunur. Sonra dəhliz Xəzər dənizi ilə Bakıyadək, daha sonra isə Tbilisidən keçməklə Ankaraya, oradan da İstanbuladək uzanacaq.

Layihənin büdcəsi 2 mlrd. dollar həcmində dəyərləndirilir.

Qeyd edək ki, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı məsləhətləşmələr 2012-ci ildə başlayıb. Layihənin əsas məqsədi regionun iqtisadi inteqrasiyası və yük dövriyyəsinin artırılmasıdır. 

Son xəbərlər

Orphus sistemi