EBRD Şimal-Cənub nəqliyyat dəhlizini maliyyələşdirməyə hazırdır

EBRD Şimal-Cənub nəqliyyat dəhlizini maliyyələşdirməyə hazırdır Bunu Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte bildirib
İnfrastruktur
25 Noyabr , 2016 14:05
EBRD Şimal-Cənub nəqliyyat dəhlizini maliyyələşdirməyə hazırdır

Bakı. 25 noyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsini maliyyələşdirməyə hazır olduğunu bildirib. 

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən biznes-forumda çıxış edən EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte bildirib.

Onun sözlərinə görə, Bank Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus və digər ölkələrdə nəqliyyat layihələrini fəal şəkildə maliyyələşdirir. 

"Şimal-Cənub layihəsinə gəlincə, bütün layihəni maliyyələşdirmək əlbbəttə ki, çətindir. Amma müəyyən hissələrinə maliyyə ayırmaq mümkündür", - deyə İ.Duarte bildirib.

Son xəbərlər

Orphus sistemi