Azərbaycanda “E-Bilet” konsepsiyasının təşkil edilməsi üçün şirkət seçilir

Azərbaycanda “E-Bilet” konsepsiyasının təşkil edilməsi üçün şirkət seçilir Bakı. 11 yanvar. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC “E-Bilet” konspesiyasının təşkil edilməsi üçün açıq tender elan edib.
İnfrastruktur
11 Yanvar , 2019 11:10
Azərbaycanda “E-Bilet” konsepsiyasının təşkil edilməsi üçün şirkət seçilir

Bakı. 11 yanvar. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC “E-Bilet” konspesiyasının təşkil edilməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tender 6 lot üzrə keçirilir. 

Lot-1. Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında müvafiq elektron bilet sistemləri layihəsinin (bundan sonra E-Bilet) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması. 

Lot-2. Yük daşımalarında elektron əmtəənəqliyyat qaimə sistemi layihəsinin (bundan sonra E-Qaimə) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması. 

Lot-3. Taksi əməliyyatları proqram təminatı layihəsinin (bundan sonra E-Taksi) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması. 

Lot-4. Taksi əməliyyatları proqram təminatının hazırlanmasının satınalınması. 

Lot-5. Avtomobil nəqliyyatı informasiya sistemi (bundan sonra – ANİS) layihəsinin konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması. 

Lot-6. E-Bilet, E-Qaimə və E-Taksi sistemlərinin ANİS-ə inteqrasiya edilməsi layihəsinin konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması öz əksini tapıb.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 100 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 29 nömrəli ünvandan (əlaqələndirici şəxs- Hikmət Hikmət Cəfərovdur, tel.: (012) 561-76-03) ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün ilkin sənədləri fevralın 1-nə qədər, tender təklifi və bank zəmanətini isə fevralın 11-nə qədər yuxarıdakı ünvana təqdim etməlidirlər. Təkliflərə fevralın 12-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi