Dünyada əmlakı daha sürətlə artan ölkələr müəyyənləşib

Dünyada əmlakı daha sürətlə artan ölkələr müəyyənləşib İlk sırada Honq-Konq qərarlaşıb
İnfrastruktur
4 İyul , 2017 20:27
Dünyada əmlakı daha sürətlə artan ölkələr müəyyənləşib

Bakı. 4 iyul. REPORT.AZ/ "Global Property Guide" konsaltinq şirkəti 2017-ci ilin ilk rübündə dünyada ən çox əmlak qiymətləri artan 18 ölkənin siyahısını açıqlayıb. 

"Report" xəbər verir ki,  siyahıda ilk sıranı illik müqayisədə əmlak qiymətləri 17,27% artan Honq-Konq tutur. İkinci yerdə 16,01% qiymət artımı ilə İslandiya, üçüncü yerdə isə 13,16%-lə Çinin Şanxay şəhəri qərarlaşıb.

Növbəti yerləri müvafiq olaraq Kanada (11,7%), İrlandiya (8,91%), Monteneqro (8,68%), Rumıniya (7,61%), Norveç (7,38%), Yeni Zelandiya (7,26%), Niderland (7,11%), Filippin (7,04%), Slovakiya (6,61%), İsveç (6,59%), Almaniya (5,79%), Latviya (Riqa, 5,13%), Estoniya (Tallin, 4,76%), Portuqaliya (4,18%), Litva (Vilnüs, 3,56%) tutub.

Son xəbərlər

Orphus sistemi