Yuxarı
    Bağlamaq

    Dünyada elektrik avtomobillərinin sayı 2 mln.-u keçib

    Bu rəqəmin 2020-ci ildə 20 mln.-a çatması gözlənilir

    Bakı. 8 iyun. REPORT.AZ/ 2016-cı ildə bütün dünyada elektrik avtomobillərinin sayı 60% artaraq 2 mln. ədədə çatıb. 

    "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) "Qlobal elektrik avtomobili icmalı-2017" adlı hesabatında bildirilir. 

    Sənədə əsasən, elektrik avtomobillərinin sayının kəskin artması bir sıra ölkələrin ətraf mühiti qorumaqla bağlı siyasət yürütməsi ilə əlaqədardır. 

    "Elektrik avtomobillərinin sayının artması onlar üçün enerji doldurma stansiyalarının da sayının artmasına gətirib çıxarıb. Təkcə 2016-cı ildə dünyada 2,3 mln. enerji doldurma stansiyası işə başlayıb", - hesabatda qeyd edilib. 

    IEA 2020-ci ilə qədər elektrik avtomobillərinin sayının 20 mln.-a, 2025-ci ilə qədər isə 70 mln.-a çatacağını proqnozlaşdırır. 2016-cı ildə bu kateqoriyadan olan nəqliyyat vasitələrinin satış həcminə görə Çin lider olub. İl ərzində Çində 336 min ədəd elektrik avtomobil satılıb. Bu rəqəm ABŞ-da 159 min, Norveçdə 50 min civarında olub. İlk 3-lük qlobal satışın 90%-ni əhatə edib. 

    Elekrtik avtomobillərinin satışına görə ilk 10-luqda 37 912 ədədlə Böyük Britaniya, 29 507 ədədlə Fransa, 24 851 ədədlə Yaponiya, 24 612 ədədlə Almaniya, 24 477 ədədlə Niderland, 13 415 ədədlə İsveç, 11 580 ədədlə Kanada yer alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi