Dünya Su Şurası: Azərbaycan su sahəsinin yaxşılaşdırılmasına 14% maliyyə ayırır

Dünya Su Şurası: Azərbaycan su sahəsinin yaxşılaşdırılmasına 14% maliyyə ayırır Benedito Braqa: "Bu sahədə mövcud olan problemlər su böhranını yaxınlaşdırır"
İnfrastruktur
15 Mart , 2017 11:46
Dünya Su Şurası: Azərbaycan su sahəsinin yaxşılaşdırılmasına 14% maliyyə ayırır

Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycan su sahəsinin yaxşılaşdırılmasına 14% maliyyə ayırır".

"Report" bildirir ki, bunu bu gün Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda Dünya Su Şurasının sədri Benedito Braqa deyib.

B.Braqa bildirib ki, əksər dövlətlər su sahəsinin yaxşılaşdırılmasına ümumi gəlirlərinin 3-4%-ni ayırır: "Ancaq bu məbləğ minimum 6-7% təşkil etməlidir. Bu, nümunə götürüləsi haldır. Azərbaycan hökuməti suyun keyfiyyəti və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Ancaq Azərbaycan və onun kimi su sahəsinə diqqət edən ölkələrin az olması gələcəyimiz üçün təhlükə yaradır. Bu sahədə mövcud olan problemlər su böhranını yaxınlaşdırır. Bizim dünyaya Azərbaycan kimi nümunə göstərəcək ölkələrimizin olması halı çox xoşdur".

Dünya Su Şurasının sədri qeyd edib ki, su təchizatının yaxşılaşdırılması üçün hər ölkədə bununla bağlı qurumlar və mütəxəssislər olmalıdır: "Burada bir sıra məsələlər var. Ətraf mühitin qorunması, əhalinin artımı və iqlim dəyişikliyinin nəzərə alınması kimi məsələlərin müzakirəsi üçün Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən konfranslar və sessiyalar böyük əhəmiyyət kəsb edir. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və böhrandan çıxmaq üçün birgə tədbirlər həyata keçirməliyik".

Son xəbərlər

Orphus sistemi