Dünya Su Forumunun növbəti toplantılarından biri Azərbaycanda keçirilə bilər

Dünya Su Forumunun növbəti toplantılarından biri Azərbaycanda keçirilə bilər Qorxmaz Hüseynov: "Azərbaycan bundan sonra da su ilə əlaqəli və ekoloji problemlərin həllinə dəstək verəcək"
İnfrastruktur
17 Mart , 2017 09:55
Dünya Su Forumunun növbəti toplantılarından biri Azərbaycanda keçirilə bilər
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ "Beynəlxalq Su Resursları Assosiasiyasının (IWRA) XVIII Dünya Su Konqresinin, Dünya Su Forumunun növbəti toplantılarından birinin Azərbaycanda keçirilməsi üçün namizədliyimizi irəli sürəcəyik".

"Report"un xəbərinə görə, bunu bu gün Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində işə başlayan Dünya Su Şurası İdarə Heyətinin 61-ci sessiyasında "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

O qeyd edib ki, Azərbaycan bundan sonra da su ilə əlaqəli və ekoloji problemlərin həllinə dəstək verəcək: "Dünya Su Şurası İdarə Heyətinin 61-ci iclasında səmərəli müzakirələr aparılacaq. Bu müzakirələr ümumi işimizə töhfə verəcək".

Qeyd edək ki, Dünya Su Şurası İdarə Heyətinin sessiyası Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir. Həftənin sonuncu günü (martın 18-də) Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ərazisində xarici qonaqların iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi