Azərbaycan Dünya Bankı ilə nəqliyyat sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edir - EKSKLÜZİV

Azərbaycan Dünya Bankı ilə nəqliyyat sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edir - EKSKLÜZİV Dünya Bankı qrupunun nəqliyyat üzrə missiyası Azərbaycana gəlib.
İnfrastruktur
24 İyul , 2019 16:38
Azərbaycan Dünya Bankı ilə nəqliyyat sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edir - EKSKLÜZİV

Dünya Bankı qrupunun nəqliyyat üzrə missiyası Azərbaycana gəlib. 

“Report”un məlumatına görə, Aymen Ahmed Osman Alinin rəhbərlik etdiyi missiya bu həftənin əvvəlindən Bakıda görüşlər keçirir.

İyulun 25-də Bakını tərk edəcək missiyanın “Azərbaycan Dəmir Yolları” QSC və digər aidiyyəti qurumlarda görüş keçirdiyi bildirilir.

Məlumata görə, danışıqlarda əsas mövzu Dünya Bankı Bakıdan Azərbaycanın Cənubuna uzanan dəmiryolu xətti şəbəkəsinin yenidənqurulması üçün kredit ayrılmasıdır. Hazırda kreditin məbləği və digər şərtləri ilə bağlı müzakirələr aparılır.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirmişdir ki, hal-hazırda Dünya Bankından Bakı-Astara-İran dövlət sərhədi dəmir yolunun bir hissəsinin rekonstruksiyası üçün kreditin alınması imkanı nəzərdən keçirilir.

Onun sözlərinə görə, rekonstruksiya işləri üçün vəsaitin bir hissəsini dövlət büdcəsindən ayırmaq planlaşdırılır: "Ümumilikdə, rekonstruksiya yolun 243 kilometrlik hissəsini əhatə edəcək. Bu işlər nəticəsində dəmir yolu genişlənərək ikixətli olacaq".

C.Qurbanov əlavə edib ki, Lənkəran rayonu ərazisində Bakı-Astara dəmir yolunun yeni sahəsinin layihələndirilməsi ilə bağlı xarici şirkətlərlə iş aparılır. Layihələndirmə 2019-cu ilin sonunadək başa çatacaq.

Xatırladaq ki, bundan öncə Bakı-Yalama-Bakı dəmiryolu xəttinin yenidən qurulması üçün hökumət Asiya İnkişaf Bankından (ADB) 450 mln dollar vəsait cəlb edib.

Son xəbərlər

Orphus sistemi