Yuxarı
    Bağlamaq

    Dünya Bankı 2017-2018-ci illərdə dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirib

    Dünya iqtisadiyyatının artım tempi dünya maliyyə böhranı dövründən minimuma qədər zəifləyib

    Bakı. 11 yanvar. REPORT.AZ/ Dünya Bankı (DB) 2017-2018-ci illərdə dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirib.

    "Report" xəbər verir ki, bu barədə təşkilatın "Qlobal iqtisadi perspektivlər" adlı analitik icmalında qeyd olunur.

    Gözləmələrə görə, 2017-ci ilin yekunu üzrə dünya iqtisadiyyatı 2,7% (2016-cı ilin iyununda proqnoz +2,8% təşkil edirdi), 2018-ci ildə isə 2,9% (2016-cı ilin iyununda +3% gözlənilirdi) artacaq. DB 2019-cü ildə dünya iqtisadiyyatının 2,9% artacağını gözləyir.

    DB iqtisadçılarının hesablamalarına görə, dünya iqtisadiyyatının artım tempi dünya maliyyə böhranı dövründən minimuma qədər – 2,3 faiz zəifləyib.

    "ABŞ dollarının məzənnəsinin sürətli artımı və Amerika istiqrazlarının gəlirlikiyinin artması inkişaf etməkdə olan iqtisadiyyatlar üçün kreditləşmə şərtlərinin pisləşməsinə gətirib çıxardı və bəzi hallarda əhəmiyyətli kapital axınına səbəb oldu. 2017-ci ildə dünya ÜDM-nin artımı 2,7% qədər sürətlənməlidir", - deyə Dünya Bankının iqtisadçıları hesab edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi