UEFA Avropa Liqasının finalı günü Bakı metrosundan 762 minə yaxın sərnişin istifadə edib

UEFA Avropa Liqasının finalı günü Bakı metrosundan 762 minə yaxın sərnişin istifadə edib Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti mayın 29-da 761 717 nəfər sərnişin daşıyıb.
İnfrastruktur
30 May , 2019 18:41
UEFA Avropa Liqasının finalı günü Bakı metrosundan 762 minə yaxın sərnişin istifadə edib

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mayın 29-da 761 717 nəfər sərnişin daşıyıb. 

Bunu "Report"a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, bu adi günlərə nisbətən 171 717 nəfər, yaxud 29,1% çoxdur. Qeyd edək ki, Bakı metrosu ilə gün ərzində orta hesabla 590-600 min civarında sərnişin daşınır.

Qurum sözçüsü saat 00:00 - 04:00 arasındakı gücləndirilmiş iş rejimi müddətində də daşınan sərnişinlərin sayını açıqlayıb. Bu vaxtlarda metrodan 43 529 sərnişin istifadə edib.

Xatırladaq ki, dünən Bakıda UEFA Avropa Liqasının finalı keçirilib. 


Son xəbərlər

Orphus sistemi