Dumanlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

Dumanlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib Hava Limanı: Təyyarələrin yola salınması və qəbulu normal rejimdə davam etdirilir
İnfrastruktur
2 Dekabr , 2016 14:44
Dumanlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

Bakı. 2 dekabr. REPORT.AZ/ Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə maneçilik yaratmayıb.

Bakı aeroportundan “Report”a bildirilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir: “Bu gün aviauçuşlar tərtib olunan qrafikə uyğun davam etdirilir. Hələ ki, bu gün, indiyə qədər nəzərdə tutulan reyslərin heç biri təxirə salınmayıb və uçuşların həyata keçirilməsində heç bir problem yaranmayıb”.

Son xəbərlər

Orphus sistemi