Yuxarı
    Bağlamaq

    Dövlətin aviasiya sahəsində vəzifələri artırılıb

    Uçuşların təhlükəsizliyi üzrə dövlət proqramının qəbulu və tətbiqi də dövlətin vəzifələrinə əlavə edilib

    Bakı. 1 fevral. REPORT.AZ/  "Aviasiya haqqında" qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən, uçuşların təhlükəsizliyi üzrə dövlət proqramının qəbulu və tətbiqi də dövlətin aviasiya sahəsində vəzifələrinə əlavə edilib.

    "Report"un verdiyi xəbərə görə, müvafiq qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunaraq təsdiqlənib.

    Qeyd edək ki, bundan əvvəl isə dövlətin vəzifələrinə təkcə aviasiya təhlükəsizliyi üzrə dövlət proqramının qəbul və tətbiqi daxil idi.

    Bundan başqa, aviasiya sahəsində fəaliyyətə dair ümumi tələblərə yeniləri əlavə olunub. Belə ki, qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycanın hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə, həmin hava gəmisinin gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulan digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol verilir.

    Müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna da malikdir. Bu cür yoxlamalar həmin hava gəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır. Bu yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətlərini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdır.

    Layihənin 42.1.1-ci maddəsinə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı uçuşların təhlükəsizliyi üzrə dövlət proqramını qəbul edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi