​Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı avtovağzalı qarşısındakı torpaq sürüşməsini qorxulu hadisə hesab etmir

​Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı avtovağzalı qarşısındakı torpaq sürüşməsini qorxulu hadisə hesab etmir Dövlətxan Dövlətxanov: "Belə proseslər üçün bərkidici layihələr həyata keçirilir"
İnfrastruktur
9 Oktyabr , 2015 12:00
​Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı avtovağzalı qarşısındakı torpaq sürüşməsini qorxulu hadisə hesab etmir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Torpaq sürüşməsi baş vermiş Sumqayıt-Bakı şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi sürüşmə zonası deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin planlaşma sənədlərində bu ərazi sürüşmə zonası kimi qeyd edilməyib. Bunu "Report"a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

Onun sözlərinə görə, digər xırda sürüşmə prosesləri texnogen səbəblərdən əmələ gəlir. Belə proseslər üçün bərkidici layihələr həyata keçirilir.

Ərazidə çəkilən metro xəttinin və yeraltı keçidin bu hadisəyə hər hansı bir təsirinin olub-olmadığını şərh edən Komitə rəsmisi izah edib ki, metro xətti çəkilərkən ərazidə güclü geoloji-mühəndis axtarış işləri aparılır: "Komitənin Baş Ekspertiza İdarəsindən mövcud normativlərə, bütün axtarış növlərinə ciddi riayət olunub-olunmamasına dair müsbət rəy alınır. Bu cür hadisələrin qarşısını alan tədbirlər nəzərdə tutulur və zəruri hallarda icra edilir. Hesab etmirəm ki, həmin ərazidə qorxulu nə isə var".

Son xəbərlər

Orphus sistemi