Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib Komitə rəhbərliyi qurumun şəhərsalma ilə bağlı istənilən layihəsinin müzakirəsində maraqlı olduğunu qeyd edib
İnfrastruktur
26 Fevral , 2016 16:21
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərsalma, nəqliyyat və su məsələləri üzrə mütəxəssis və məsul şəxslərinin iştirakı ilə Bakı-Sumqayıt Şəhərətrafı Dəmir Yolu Xidməti Layihəsi müzakirə edilib. 

"Report"un məlumatına görə, görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən komitənin sədr müavini Dövlətxan Dövlətxanov və komitənin aidiyyəti əməkdaşları iştirak ediblər.

D.Dövlətxanov komitənin şəhərsalma ilə bağlı istənilən layihənin müzakirəsində maraqlı olduğunu qeyd edib və layihə ilə bağlı mövcud normativ sənədlərə əməl olunmasını, dəmir yolu xəttindən normativ sanitar mühafizə zonasının saxlanmasının vacibliyini, həmçinin dəmir yolu ətrafındakı istifadəsiz torpaqlarla bağlı müvafiq təkliflərin verilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi