Yuxarı

​Dövlət Mülki Aviasiya Administrasiyası: "Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur"

Qurum Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin xəbərdarlığını şərh edib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının bəyanatında deyilir.

"Azərbaycanın hava məkanının sahəsi Xəzər dənizinin hissəsi də daxil olmaqla 168 min kvadrat kilometr təşkil edir. Hazırda Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur",- bəyanatda deyilir.

Hər gün Azərbaycan hava məkanı ilə təxminən 400-450 uçuş (o cümlədən tranzit uçuşlar) həyata keçirilir. Onların arasında da "Qatar Airways", "Turkish Airlines", "Lufthansa", "Air France", "British Airways", "Singapore Airlines" və digər dünya şirkətlərinin hava gəmiləri var.

Uçuşlar bütün təhlükəsizlik tədbirləri və normalarına riayət olunmaqla, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyələrinə uyğun həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi