Yuxarı

​Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti treninq keçirilib

Korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqiilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur

Bakı. 30 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqiilə bağlı “Audit fəaliyyəti. Daxili audit” mövzusunda növbəti treninq keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib. Treninqdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə audit fəaliyyətinin əhəmiyyəti, daxili nəzarət sistemində daxili audit xidmətinin rolu, daxili audit xidmətinin səlahiyyəti və strukturu, bu sahədə beynəlxalq təcrübə və s. barədə iştirakçılara məlumat verib.

Ümumilikdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqiilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi