Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə ölkə menecerini qəbul edib

Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə ölkə menecerini qəbul edib Bakı. 9 may. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvini qəbul edib.
İnfrastruktur
9 May , 2018 11:34
Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə ölkə menecerini qəbul edib

Bakı. 9 may. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvini qəbul edib. 

Bu barədə “Report”a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qurumlar arasında şəhərsalma planlaşdırılması sənədlərinin hazırlanması üzrə uzunmüddətli uğurlu əməkdaşlıq tarixçəsinin mövcudluğunun önəmi qeyd edilib, gələcəkdə birgə reallaşdırılması mümkün olan layihələrin potensial istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi