Bu gün
Komitədən “Report”a verilən məlumata görə, görüş Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi çərçivəsində baş tutub.
Azərbaycan gömrüyünün informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verdiyini qeyd edən S.Mehdiyev Prezident
Komitə sədri Azərbaycan gömrük orqanlarının tamamilə kağızsız texnologiyalar əsasında fəaliyyət göstərdiyini bildirib, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına gömrük rəsmiləşdirilməsinin sadə və sürətli şəkildə həyata keçirilməsinin, ticarətin və sərhədkeçmə proseslərinin asanlaşdırılmasının və şəffaflığın təmin olunduğunu vurğulayıb.
Həmçinin qeyd olunub ki, Azərbaycan gömrük orqanlarının informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir sıra layihələrindən dünyanın müxtəlif ölkələrinin gömrük orqanları yararlanır. S.Mehdiyev Dövlət Gömrük Komitəsinin bu sahədə əməkdaşlığa, təcrübə mübadiləsinə xüsusi önəm verdiyini və "Nuctech" şirkəti ilə əməkdaşlığın da hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
"Nuctech" şirkətinin vitse-prezidenti San Şanqmin səmimi qəbula və ÜGT-nin konfrans və sərgisinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Qonaq informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən elm adamlarının, gömrük qurumlarının, biznes nümayəndələrinin Bakıda keçirilən görüşünün bu sahənin inkişafına töhfə verəcəyini vurğulayıb. Təmsil etdiyi qurum və onun fəaliyyət sahələri haqqında da məlumat verən S.Şanqmin Azərbaycan gömrüyü ilə səmərəli və işgüzar əlaqələrin qurulmasından məmnun olacağını diqqətə çatdırıb.