Bakı. 28 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iyulun 2-də saat 11:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşlar ilə görüşəcək.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Ağdaş, Göyçay, Yevlax, Ucar rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 1-i saat 11:00-dək 195 Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.