​Dövlət Gömrük Komitəsi: Problem Rusiya tərəfindədir

​Dövlət Gömrük Komitəsi: Problem Rusiya tərəfindədir Azərbaycan-Rusiya sərhədində tıxacın yaranması Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsindəki problemlə bağlı olub
İnfrastruktur
17 Avqust , 2015 11:17
​Dövlət Gömrük Komitəsi: Problem Rusiya tərəfindədir

Bakı. 17 avqust. REPORT.AZ/ Son iki gündə Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillərin Rusiya ərazisinə daxil ola bilməməsi nəticəsində Samur çayı üzərində yerləşən körpünün Rusiya hissəsində xeyli sayda avtomobil yığılıb və tıxac yaranıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Azərbaycan-Rusiya sərhədində tıxacın yaranması sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində baş verən texniki problemlə əlaqədar olub.

Hazırda problem aradan qaldırıldığı və avtomobillərin Rusiya ərazisinə keçidi tam təmin edildiyi deyilir. 

Son xəbərlər

Orphus sistemi